YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkir rayonunda seçicilərlə növbəti görüşlər keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən  namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Şəmkir rayonunun Çinarlı qəsəbəsi, Yeni-Həyat və İsgəndərli kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, təşviqat qrupunun üzvləri Ayaz Orucov, Samirə Kazımova, Səadət Hacıyeva, Zamir Güvəndiyev, Ruslan Cahangirov, Vilayət Cabbarov, İmamverdi Aslanov, Emin İsmayılov, Qabil Lələyev və Roza Orucova çıxış ediblər.

Qeyd olunub ki, YAP bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Görüşdə son 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın  keçdiyi böyük inkişaf yolundan, xilaskarlıq missiyasından  geniş bəhs edilib.

Natiqlər seçiciləri Azərbaycanın parlaq gələcəyinə, qalib xalqın qalib Lideri olan İlham Əliyevə səs verməyə  çağırıblar.