YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcəyimizə səs verəcəyik!

2024-cü il fevralın 7 – də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19 – da Püsyan və Təzəkənd kəndlərinin seçiciləri,  o cümlədən şəhid ailələri və qazilərlə görüş keçirilib.

Görüşdə YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev, Naxçıvan MR Ali Məclisinin deputatı Turan Həsənova, təşviqat qrupunun üzvləri Sabir Hacıyev, Günel Vəliyeva, Vidadi Süleymanov, Ələkbər Süleymanov, Ümbülbanu Musayeva, Həsən Cəfərov, Tacir Rəcəbov, Əmrah Məmmədov,  Vətən Müharibəsi qazisi və şəhid valideynləri çıxış ediblər.

Çıxış edənlər Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini diqqətə çatdırıblar. Görüşlərdə natiqlər seçkidə cənab İlham Əliyevə səs  verməklə əslində uğurlu gələcəyimizə səs vermiş olduqlarını bildiriblər. Çıxış edənlər fevral ayının 7-də hər kəsi aktiv seçki hüququndan istifadə etməklə Azərbaycanın gələcəyinə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də keçiriləcək seçkilərdə səslərini son 20 ildə xalq qarşısında verdiyi bütün vədləri yerinə yetirən cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.