YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanımızın daha da güclənməsi naminə İlham Əliyevə səs verəcəyik”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Oğuz rayonunun Bayan kəndinin seçiciləri ilə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Oğuz rayon təşkilatının sədri  Saleh Məhərrəmov, təşviqat qrupunun üzvləri Rövşanə Rzayeva, Ceyhun Kərimov, Fərman İbrahimov, Günel Abdullayeva, Adil Nurməmmədov, Səidə İsmayılova, İmran Qaslımov, Arif Lətifov, şəhid anası Aliyə İlyazova çıxış ediblər.

Görüşdə çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyev qalib xalqın qalib lideridir. 44 günlük müharibədə və bir günlük antiterror tədbirlərində qazanılmış qələbələr barədə danışan çıxışçılar, eyni zamanda Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda və işğaldan azad olunmuş digər ərazilərimizdə  Azərbaycan bayrağını ucaltmasının tariximizin  ən yadda qalan hadisələr olduğunu diqqətə çatdırıblar.

Natiqlər kənd sakinlərini fevralın 7-də keçiriləcək seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş Yeni Azərbaycan Partiyası Himninin sədaları altında yüksək əhval-ruhiyyədə başa çatıb.