YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərdablılar inkişafı, firavanlığı və sabitliyi seçirlər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Zərdab rayonunun Qaravəlli, İsaqbağı və Qoşaoba kəndlərində seçicilərlə görüş keçirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev təşviqat qrupunun üzvləri Müşviq Heybətov, Zemfira Eyvazova, Gülnaz Məmmədova və Eldar Xəlilov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, bu seçkilərin ölkəmizin bütün ərazilərində keçirilməsi əlamətdar bir hadisədir. Seçkilərin keçirilməsini şərtləndirən səbəblər də vurğulanıb. Müstəqillik dövründə ölkəmizdə keçirilən həm prezident, həm parlament, həm də bələdiyyə seçkiləri heç bir zaman bütün ölkə ərazisini əhatə etməyib. Bu seçkilər isə ilk dəfə bütün Azərbaycan ərazisini əhatə edəcək.

Görüşdə seçicilər dövlət başçısı İlham Əliyevin  yorulmaz və uğurlu siyasətini dəstəklədiklərini, budəfəki seçkilərdə də ona səs verəcəklərini ifadə ediblər.

Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə görüşlər yekunlaşıb.