YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbədən-qələbəyə...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Tovuz şəhəri və  Dönük Qırıqlı kəndində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, təşviqat qrupunun üzvləri Etibar Vəliyev, Məhərrəm Qasımov, Qasım Hüseynov, İlqar Kərimov, Əli Əliyev, şəhid anası Amana Nəsirova və müharibə veteranı Etibar Həsənov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Məhz partiyanın namizədi İlham Əliyev xalqın sevgisini və dəstəyini qazanaraq, Azərbaycanı dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Cənab İlham Əliyev uzun illər həllini tapmamış münaqişəni qısa müddət ərzində həll edərək xalqı rəhbərlik etdiyi rəşadətli ordusu ilə bərabər qələbədən-qələbəyə apardı.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün Tovuz rayonunun  Hacıalılı kəndində seçicilərlə fərdi  görüşlər də keçirilib.