YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq həyata keçirilən siyasətin gələcəyinə böyük inamla baxır

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Ordubad rayonunun  Nüsnüs, Aşağı Əndəmic və Yuxarı Əndəmic  kəndlərində seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad  edilib.

 Görüşlərdə YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov, Milli Məclisin deputatı Cəbi Quliyev, təşviqat qrupunun üzvləri Zahid Sadıqlı, Tağı Hüseynov, Əli Qənbərov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, ölkə rəhbəri İlham Əliyevin həyata keçirdiyi möhtəşəm işlər dövlətimizin inkişafına və güclənməsinə xidmət edib. Bütün bu uğurların təməlini isə güclü iqtisadi inkişafımız və davamlı sabitliyimiz təşkil edir. Hazırda Azərbaycan regionun qalib ölkəsi kimi qətiyyətli Lider İlham Əliyevin rəhbərliyi ilə öz yeni gələcəyini inşa edir.

Natiqlər seçiciləri fevralın 7-də qalib Lider  İlham Əliyevə səs verməyə çağırıblar.