YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birmənalı olaraq Azərbaycan xalqının seçimi cənab İlham Əliyevdir!

Ucar rayonunda seçicilərlə görüş keçirilib

2024-cü fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Ucar rayonu Müsüslü və Təzə Şilyan kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Milli Məclisin deputatı Ramil Həsən, təşviqat qrupunun üzvləri Rahib Rəsulov, Hikmət Şərifov, Səlim Kərimov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas etdi, onu qoruyub saxlamağa, inkişaf etdirməyə müvəffəq oldu: “İlham Əliyev isə böyük Zəfərimiz nəticəsində ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməklə dövlət quruculuğunda öz sözünü dedi. Azərbaycandakı bütün xalqların nümayəndələrinin din və etnik mənsubiyyətindən asılı olmayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu” ətrafında sarsılmaz birlik nümayiş etdirməsi görülmüş işlərin və yürüdülmüş siyasətin bəhrəsi idi. Birmənalı olaraq Azərbaycan xalqının seçimi məhz cənab İlham Əliyevdir”.

Natiqlər seçiciləri qarşıdan gələn prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək müstəqil Azərbaycanın firavanlığı naminə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.