YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəki seçiciləri ölkəmizin sabit gələcəyinə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Şəki rayonunun Qumux və Baş Göynük kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Şəki  rayon təşkilatının sədri Daşqın Mikayılov təşviqat qrupunun üzvləri Vüqar Qafurov, Ziyadxan Salmanov, Şahid İsmayılov, Sadəddin İbrahimov, Qüdrət Babayev, Vidadi İsrafilov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra ölkəmizdə yeni reallıqlar yaranıb və bu reallıqlar 7 fevralda prezident seçkilərinin keçirilməsini şərtləndirir.

Natiqlər əminliklə bildiriblər ki, xalqımız Prezident İlham Əliyevi daim dəstəkləyir. Çünki cənab İlham Əliyev Azərbaycan xalqının arzularını gerçəkləşdirib, torpaqlarımızı işğaldan azad edib.

Qeyd edək ki, YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev və təşviqat qrupunun  üzvləri Şəki Elektrik Şəbəkəsində də seçicilərlə görüş keçirib və  seçiciləri YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.

Seçicilər də öz növbəsində fevralın 7-də seçki məntəqələrinə gedərək qələbələrimizin qarantı cənab İlham Əliyevə səs  verəcəklərini bildiriblər.