YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan gəncləri qalib Liderini dəstəkləyir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Şirvan şəhərində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

Görüşdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva, təşviqat qrupunun üzvləri Əfqan Həsənov, Çinarə Vəliyeva və Fəxrəddin Rəhimov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyev bütün fəaliyyəti dövründə Azərbaycan gəncliyinin hərtərəfli inkişafını xüsusi diqqət mərkəzində saxlayıb. Qeyd olunub ki, gənclərin milli ruhda təlim-tərbiyəsi, sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq potensiallarının stimullaşdırılması hər zaman dövlət siyasətinin gündəliyində olub.

Natiqlər seçkilərin əhəmiyyətini diqqətə çatdıraraq vurğulayıblar ki, Zəfər seçkisi yeni tarixi qələbələrə zəmin yaradacaq.

Görüşdə iştirak edən gənclər öz səsvermə hüquqlarından istifadə edərək müstəqil Azərbaycanın firavanlığı naminə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, kampaniya çərçivəsində YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov şəhid Zeynal Zülfüqarlının ailəsini də ziyarət edib.