YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gücümüz birliyimizdir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da şuşalı ziyalılar və ağsaqqallarla görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, YAP Veteranlar Şurasının üzvü  Elman Məmmədov, təşviqat qrupunun üzvləri Vaqif Hüseynov, Ağalar Əliyev və Əlövsət Cəfərov çıxış ediblər. Natiqlər seçiciləri xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş Yeni Azərbaycan Partiyasının  Himninin səsləndirilməsi ilə başa çatıb.