YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göyçay rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Göyçay rayonunun Alpoud, Mırtı və Alıkənd kəndində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov, təşviqat qrupunun üzvləri Zahidə Mirzəyeva, Pərviz Yəhyalı və Firəngiz Məmmədyarova çıxış ediblər.

Çıxışlarda ölkəmizin əldə etdiyi hər bir uğurun Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin məqsədyönlü siyasətinin bariz göstəricisi olduğu vurğulanıb. Həmçinin 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfərdən geniş bəhs edilib. Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

DİGƏR Xəbərlər Arxiv