YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderlə yeni hədəflərə doğru!

2024-cü il fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19–da Lerik rayon Əliabad və Osyodərə kəndində yaşayan seçicilərlə görüşlər keçirilib.

Görüşdə YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, təşviqat qrupunun üzvləri Elxan Qənbərov Mahmud Zaidov, Gültəkin Şıxəliyeva və Elxan Əliyev çıxış ediblər.

Ərazi bütövlüyümüz və dövlət suverenliyimiz təmin olunduqdan sonra keçirilən bu seçkinin əhəmiyyəti barədə danışan natiqlər bildiriblər ki, ölkəmizin beynəlxalq arenada söz sahibi olan dövlətə çevrilməsində Prezident İlham Əliyevin misilsiz rolu var. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan ötən 20 il ərzində bütün sahələrdə mühüm uğurlar əldə edib.

Görüşdə çıxış edən  seçicilər Azərbaycan xalqının  firavan gələcəyinin təminatçısı olan siyasətə və bu siyasətin müəllifi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, təşkilatın sədr müavini Elnur Məmmədov, təşviqat qrupunun üzvləri Elman Rəcəbov, Elxan Qənbərov və Elxan Əliyev seçicilərlə fərdi görüşlər də  keçiriblər.

DİGƏR Xəbərlər Arxiv