YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabunçu rayonunda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19 -da Sabunçu rayonunda ilk dəfə səs verəcək gənclərlə və Sabunçu qəsəbəsi Seyid Hüseyn küçəsində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Milli Məclisin deputatı Əliabbas Salahzadə, təşviqat qrupunun üvləri Oruc Əhmədov,  Natiq Musayev,  İlahə Abdullazadə çıxış ediblər.

Çıxışlarda bildirilib ki,  Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi  20 illik dönəm  Azərbaycan tarixinə hərətərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın erməni işğalından azad olunması müstəqillik tariximizin zirvəsini təşkil edir.

Natiqlər dövlətimizin uğurlu gənclər siaysətindən də bəhs edərək bütün seçiciləri qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.