YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahıda seçicilərlə görüş ruh yüksəkliyi ilə davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Pirallahı rayonunun Kamil Rzayev küçəsində yaşayan seçicilərlə görüş keçirilib.

Keçirilən görüşdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, təşviqat qrupunun üzvləri Qair Carullayev və Məcid Əhmədov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə möhtəşəm nailiyyətlərlə gedir. Partiyamızın Sədri, Prezident İlham Əliyev rəhbərliyi ilə ötən dövrdə ölkəmiz misilsiz uğurlar qazanıb. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası isə Prezidentimizin 20 illik fəaliyyətinin zirvəsini təşkil edir.

Vurğulanıb ki, 2024-cü ildə ilk dəfə olaraq qalib ölkənin prezidenti seçiləcək. Məhz bu mənada keçiriləcək prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti hesab edilir.

Çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevə səs  verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv