YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xoşbəxt və firavan gələcəyimizin qarantı

Gədəbəy rayonunda seçicilərlə görüşlər keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Gədəbəy rayonunda şəhid ailələrinin üzvləri, müharibə veteranları, həmçinin Arıxdam və Düzyurd kəndlərində olan seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə  Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, təşviqat qrupunun üzvləri Pərviz Bayramov, Müşfiq Bağırov, Kəklik İbrahimova, Seymur Söyünov, Sahib Quliyev, Tural Nuriyev, Vətən müharibəsi iştirakçıları Etibar Əliyev, Altan Sadıqov və  başqaları çıxış ediblər.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Sözsüz ki, Azərbaycan xalqı bu dəfə də özünün xoşbəxt və firavan gələcəyinin qarantı olan cənab İlham Əliyevə səs verəcək. 

Seçicilər fevralın 7-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yüksək səviyyədə həyata keçirən, Azərbaycanı işıqlı sabaha aparan, torpaqlarımızı düşməndən xilas edən Liderimiz cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv