YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Əliyev xalqın sonsuz sevgisini qazanıb

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Goranboy rayonunun Qaradağlı kəndində ağsaqqallarla görüşlər keçirilib.

Görüşlərdə çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin hər bir Azərbaycan vətəndaşının rifahı, onun inkişafı, gələcəyi üçün uğurlu siyasət həyata keçirdiyini deyib, seçiciləri fevralın 7-də seçki məntəqələrinə gələrək qalib Lideri dəstəkləməklə Azərbaycanımızın daha da güclənməsinə səs verməyə dəvət edib.

Həmin gün rayonun Qaradağlı kəndindən olan Vətən müharibəsi şəhidi Şahin Tağıyev və lokal antiterror tədbirləri zamanı şəhid olmuş  Ümid İmamquluyevin ailəsi də ziyarət olunub, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Samir Qocayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından danışıb, şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib.

DİGƏR Xəbərlər Arxiv