YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyəzəndə “Qalib xalqın qalib Lideri” şüarı ilə görüşlər davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Siyəzən rayonu Zarat, Beşdam, Böyük Həmyə və Balaca Həmyə kəndlərindən olan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himninin səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə çıxış edən YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, təşviqat qrupunun üzvləri Rafiq Yarıyev, Cəfər Bağırov seçiciləri səsvermə günü fəal olmağa və qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Öz növbəsində çıxış edən seçicilər artıq seçimlərini etdiklərini, fevralın 7-də seçki məntəqələrinə gedərək cənab İlham Əliyevi səs verəcəklərini bəyan ediblər.

Tədbirlərin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.