YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngilan rayonundan olan seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Abşeron rayonunun Mehdiabad qəsəbəsində məskunlaşmış zəngilanlı seçicilərlə  növbəti görüş keçirilib.

Görüşdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Qalib xalqın, qalib Lideri!” adlı videoçarx nümayiş olunub.

Görüşdə Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, təşviqat qrupunun üzvləri Sənan Məhərrəmov, Bayram Məmmədov çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi  20 ilin hər günü uğurlarla, nailiyyətlərlə, müvəffəqiyyətlərlə yaddaşlarda qalıb.

Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq siyasəti barədə də danışaraq qeyd ediblər ki, müvafiq dövlət proqramlarının uğurla icra olunması nəticəsində bütün regionlarımız inkişaf edib.

Görüşdə xalqımızın növbəti dəfə Prezident İlham Əliyevə səs verəcəyinə əminlik ifadə olunub.

Seçicilər bu inkişafın davamına-cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.