YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizi yeni zəfərlərə aparan siyasətə səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Qobupark 2 yaşayış massivində yaşayan cəbrayıllı seçicilərlə görüş keçirilib.

Görüş cənab İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Görüşdə YAP Cəbrayıl rayon  təşkilatının sədri Arif Fərzəliyev, Milli Məclisin deputatı Ceyhun Məmmədov, təşviqat qrupunun üzvləri Vaqif Məhərrəmov, Əlirza Əzizli və başqaları çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin daxili və xarici siyasəti gələcək uğurlarımızın əsasını təşkil edir. Bildirilib ki,  son 20 il ərzində dövlətimiz böyük və şərəfli yol keçib. Azərbaycan 2003-2023-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi nailiyyətlər qazanıb. Natiqlər ölkəmizin gələcək inkişafı, insanlarımızın rifahının daha da  yaxşılaşması, dövlətimizin güc və qüdrətinin artırılması məqsədilə seçiciləri ən layiqli namizədə - cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.