YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Verilən hər bir vəd əməli fəaliyyətdə öz əksini tapıb

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Xətai rayonunun “Mehdi Mehdizadə küçəsi 48” və “Sabit Orucov 25” ünvanlarında yaşayan seçicilərlə fərdi görüşlər keçirilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə görüşlərdə bildirib ki, bu gün ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması xalqımızın 20 il əvvəl nə qədər müdrik seçim etdiyinin təsdiqidir. Tarixə qızıl hərflərlə yazılan Zəfərimizin müəllifi isə Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

O da qeyd olunub ki, hər bir vətəndaşın Prezidenti olan cənab İlham Əliyev atdığı bütün addımlarında vətəndaş məmnunluğunun artırılmasının prioritet olduğunu təsdiqləyir. Xalqımız Prezident İlham Əliyevin dövrün tələblərinə uyğun olaraq apardığı islahatları, irəli sürdüyü təşəbbüsləri dəstəkləyir, Onun ətrafında sıx birləşərək yeni-yeni hədəflərə doğru inamla addımlayır. Cənab İlham Əliyev bundan sonra da uğurlu siyasəti ilə Azərbaycana yeni-yeni zəfərlər qazandıracaq.

Görüşdə iştirak edən seçicilər uğurlu gələcəyimizi təmin etmək üçün Azərbaycana, xalqımıza qalibiyyət sevincini yaşadan qalib Liderə səs verməyə çağırılıb.