YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşıqlı sabahımızı etibarlı Liderə əmanət edək!

Qubalı seçilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Quba rayonunun İkinci Nügədi, Pirvahid kəndlərinin və Barlı qəsəbəsinin seçiciləri ilə görüş keçirilib, şəhid Nahid Şərifovun ailəsi ziyarət olunub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşviqat qrupunun üzvləri Elxan Məhərrəmov, Elza Orucova, Zülfurə Baxışova, Ramiz Ramazanov və şəhid qardaşı Rasim Mikayılov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, ötən dövr ərzində cənab İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirib, hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. Ötən 20 il ərzində nəinki Azərbaycan xalqı, eləcə də bütün dünya şanlı tarix yazan, bütün vədlərini yerinə yetirən, dövlətini qüdrətli edən, bölgənin taleyini müsbət yöndə dəyişdirən və yeni reallıqlar yaradan bir ölkə başçısının yüksək intellekti, əzmi və cəsarətinə, güclü siyasi qətiyyəti və iradəsinə, böyük uzaqgörənliyinə, zəngin idarəçilik təcrübəsi və məharətinə şahidlik etdi.

Natiqlər cənab İlham Əliyevin Azərbaycanı firavan gələcəyə doğru aparan lider olduğunu bildirib, seçiciləri inkişaf, uğurlu gələcək naminə Müzəffər Ali Baş Komandana səs verməyə çağırıblar.