YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın etimadını doğruldan qalib Lider

Qusar rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Qusar rayonunun Quxuroba və Şirvanlı kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Milli Məclisin deputatı Azər Badamov, təşviqat qrupunun üzvləri Fərhad Pirmətov, General Sadulov, şəhid atası Səfərəli Zərbəliyev,Vətən müharibəsi qazisi İlkin Abuyev çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edir. Bütün sahələrdə əldə edilən nailiyyətlər gələcəyə nikbin baxmağa imkan verir. Sarsılmaz xalq-iqtidar birliyi Azərbaycanın qazandığı bütün uğurların əsasıdır. Natiqlər Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və tarixi ədalətin bərqərar olmasının Prezident İlham Əliyevin 20 illik məqsədyönlü fəaliyyətinin zirvəsi olduğunu vurğulayıblar.

Təşviqat qrupunun üzvləri seçiciləri daim dövlət başçısının ətrafında sıx birləşməyə, 7 fevralda keçiriləcək prezident seçkilərində Azərbaycanın gələcək inkişafına səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində xalqın etimadını doğruldan qalib Lideri dəstələyəcəklərini deyiblər.