YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçimimiz tarixi Zəfərimizin memarı İlham Əliyevdir!

Füzuli rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Füzuli rayonunun Araz Dilağarda, Araz Zərgar kəndlərində və Fin şəhərciyində seçicilər - şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Görüşdə YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, təşviqat qrupunun üzvləri Elnarə Məmmədova, Tamella Məmmədova və Anar Əliyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki,  qazanılan uğurlar, ölkəmizin dünyada nüfuzunun artması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin nəticəsidir. Cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində, Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib. Bütün sahələrdə görülən işlər və qazanılan uğurlar onu göstərir ki, Azərbaycan xalqı düzgün seçim edib.

Seçicilər də öz növbəsində şəhid ailələri, qazi və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, hər bir azərbaycanlının Prezidenti olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.