YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizin davamlı və dayanıqlı inkişafı təmin edilib

Bərdədə seçicilər ilə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da  YAP Bərdə rayon təşkilatında Mustafaağalı kəndindən olan seçicilər ilə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, Milli Məclisin deputatı Fatma Yıldırım, təşviqat qrupunun üzvləri Qasım Hacıyev, Mürşüd Mikayılov, Aliyə Məmmədova, Aqşin Hacızadə, şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova, şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, Birinci Qarabağ müharibəsi iştirakçısı Gəray Əsədov çıxış ediblər.

Natiqlər bildiriblər ki, son 20 ildə ölkəmizdə hər bir sahədə köklü dəyişikliklər həyata keçirilib. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu siyasət nəticəsində ölkəmizin davamlı və dayanıqlı inkişafı təmin edilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasəti sayəsində Azərbaycanın öz ərazi bütövlüyünü 44 gün ərzində bərpa etdiyi və bununla da yeni reallıqların yarandığı söylənilib.

Təşviqat qrupunun üzvləri Azərbaycanın cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bundan sonra da inkişaf edəcəyinə və daha güclü ölkəyə çevriləcəyinə əminlik ifadə edib, seçiciləri cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıblar.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, həmin gün seçicilərlə fərdi görüşlər də keçirib, o cümlədən Mustafaağalı kəndindən şəhid Asəf Əsgərovun ailəsi ziyarət olunub.