YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident ölkəmizin dayanıqlı və ardıcıl inkişafına nail olub

Qaxda ağsaqqal və ziyalıları ilə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da YAP Qax rayon təşkilatında rayonun ağsaqqal və ziyalıları ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, YAP Gənclər Birliyinin üzvü Salman Salmanov, təşviqat qrupunun üzvləri Ehram Hacıyev, Mədinə Mahmudova, Nizami Abdullayev çıxış ediblər.

Çıxış edənlər bildiriblər ki, Azərbaycanı qələbədən qələbəyə aparan lider İlham Əliyev 20 illik fəaliyyəti zamanı ölkənin iqtisadi tərəqqisini demokratik inkişaf prosesləri ilə paralel aparıb. Azərbaycan Prezidenti ölkəmizin dayanıqlı və ardıcıl inkişafına nail olub. Onun imza atdığı bugünkü nailiyyətlər Azərbaycanın gələcəkdəki daha böyük uğurları üçün möhkəm təməllər formalaşdırır.

Natiqlər Qax rayonunun seçicilərini Yeni Azərbaycan Partiyasının namizədi, xalqın inam yeri cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv