YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər bir azərbaycanlının Prezidenti olmağı bacaran Lider

Göygöl rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Göygöl rayonunda qadın seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, təşviqat qrupunun üzvləri Azadxan Haqverdiyev, Nuranə Quliyeva, Dilarə Mövlayeva və Dilarə Qazıyeva  çıxış ediblər. 

Çıxışlarda bildirilib ki, çoxşaxəli və zəngin fəaliyyətində cənab İlham Əliyevin ən mühüm nailiyyətlərindən biri Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, işğalda olan ərazilərimizin geri qaytarılması ilə nəticələnən 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdir. Qeyd olunub ki, bu gün güclü iqtisadiyyatımız, müdafiə potensialımız, düşünülmüş inkişaf strategiyamız və ən əsası dünyada tanınan və nüfuz sahibi olan İlham Əliyev kimi liderimiz var. Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafının daha da sürətlənəcəyini, yeni-yeni uğurlara imza atılacağını əminliklə vurğulayıb, seçiciləri qalib xalqın qalib Liderinə səs verməyə dəvət ediblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, həmin gün rayonun Çaykənd və Toğanalı kəndlərində də seçicilərlə görüşlər keçirilib.

DİGƏR Xəbərlər Arxiv