YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zəfər seçkilərində qalib Liderə səs verəcəyik!”

Babək rayonunun Yarımca, Badaşqan, Kərimbəyli, Çeşməbasar, Güznüt kəndlərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Babək rayonunun Yarımca, Badaşqan, Kərimbəyli, Çeşməbasar, Güznüt kəndlərində  seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə Naxçıvan MR Ali Məclisinin deputatı, YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov və Naxçıvan MR Ali Məclisinin deputatı Həbibə Allahverdiyeva çıxış ediblər. Çıxışlarda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev 20 illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib, ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, güclü ordumuz yaradılıb, ən əsası isə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib.

Görüş zamanı qeyd edilib ki, 7 fevralda keçiriləcək prezident seçkilərində aktiv iştirak edilməlidir.

Seçicilər böyük qürur və məmnunluq hissi ilə Yeni Azərbaycan Partiyasının namizədi, Müzəffər Ali Baş Komandan  İlham Əliyevə səs verəcəklərini bildiriblər.