YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlhamlı zəfərlərə davam!

Yardımlı rayonunun Ostair, Pirembel, Kürəkçi kəndlərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Yardımlı rayon Ostair, Pirembel, Kürəkçi kəndləri və Şəhərin Daşkənd küçəsində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, təşviqat qrupunun üzvləri Maqsud Şabiyev, Qabil Ağayev və Balamir Adiyev çıxış ediblər.

Çıxışçılar bildiriblər ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə işğal altında olan torpaqlarımızın azad olunması və ölkəmizin sərhədlərinin tam bərpa olunması böyük tarixi uğurdur. Son zamanlar Azərbaycanda aparılan sosial iqtisadi islahatlar xalqımızın rifahının yaxşılaşmasına xidmət edir. Azərbaycana bu uğur və nəaliyyətləri qazandıran Prezident İlham Əliyev növbəti seçkilərə yeni hədəflərlə qatılır. İnanırıq ki, qarşıda duran bu hədəflərə Prezident İlham Əliyev ölkəmizə rəhbərlik edəcəyi yeni dövrdə tam şəkildə nail olacaq.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

DİGƏR Xəbərlər Arxiv