YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bütün vədləri yerinə yetirən Lider

Sədərək rayonun Qaraağac kənd seçiciləri cənab İlham Əliyevi dəstəkləyəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Sədərək rayonunun Qaraağac kənd mərkəzində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımov, Naxçıvan MR Ali Məclisinin deputatı Vüsalə Əliyeva,  təşviqat qrupunun üzvləri Əli  Ağayev, Əkbər  Kərimov, Nəriman Seyidov və Kəmalə Əliyeva çıxış ediblər. Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də keçiriləcək seçkilərdə səslərini son 20 ildə xalq qarşısında verdiyi bütün vədləri yerinə yetirən cənab İlham Əliyevə verəcəklərini bildiriblər.