YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Suraxanı rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində  Suraxanı rayonunda mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Musa Quliyev, YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, təşviqat qrupunun üzvləri Arif Babayev, Bəhruz Quliyev,  Gülayə Səfərova, Xəyalə Mahmudova, Salman Əbdülov, Xəyalə Əzizova, Fikrət Tağıyev, şəhid anası Cahan Əsədova və  Əzimə Məmmədova, Salman Əbdülov, İmmi Ələkbərova, şəhid atası Uğur İslamov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri” şüarı ilə gedir.

Görüş zamanı qeyd olunub ki, Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğu” ilə qazanılan qələbə Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Natiqlər Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və tarixi ədalətin bərqərar olmasının Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin zirvəsi olduğunu vurğulayıblar. Çıxış edənlər prezident seçkilərinin əhəmiyyətinə toxunaraq bildiriblər ki,   müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə ölkəmizin bütün ərazilərində keçiriləcək seçkilər Zəfər seçkisidir.

Natiqlər seçiciləri uğurlarımızı davam etdirmək və ümumiyyətlə qalib, inkişaf etmiş xalq kimi yaşamaq üçün cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər 7 fevralda keçiriləcək prezident seçkilərində bu möhtəşəm siyasətin davamına səs verəcəklərinə əminlik ifadə ediblər.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Zığ və və  Yeni Suraxanı qəsəbələrində yaşayan seçicilərlə də görüş keçirilib.