YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20 ilin tarixi reallıqları xalqımızın doğru seçim etdiyini göstərir

Şabranlı seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şabran rayonunun Taxtalar və Pirəbədil kəndlərində seçicilərlə görüş keçirilib.

Keçirilən görüşdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Sadiq Qurbanov, təşviqat qrupunun üzvləri Şəfiqə Məmmədova və Pərvanə Mirzəyeva çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, son 20 ilin tarixi reallıqları Azərbaycan xalqının cənab İlham Əliyevi Prezident seçməklə nə qədər doğru seçim etdiyini göstərir.  Xalqımızın 20 il əvvəlki seçimi bugünkü Azərbaycanı, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasına gətirib çıxardı. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, həm də daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkə üçün nümunədir.

Bildirilib ki, fevralın 7-də keçiriləcək prezident seçkilərinə tam fərqli hisslərlə gedəcək. Keçmiş məcburi köçkünlərin bir qismi  siyasi həyatımızın əlamətdar hadisəsinə çevriləcək prezident seçkilərinə öz doğma şəhər və qəsəbələrindəki yaradılan məntəqələrdə səs verəcəklər. Zəfər seçkiləri kimi tarixi düşəcək 7 fevral seçkilərində iştirak etməklə bütöv Azərbaycanın vətəndaşı olmağın qürurunu yaşacaqlar. 

Natiqlər seçiciləri Zəfər seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.