YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahbuz seçiciləri cənab İlham Əliyevin namizədliyini müdafiə edirlər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Şahbuz rayonunun səhiyyə işçiləri, Şahbuzkənd və Külüs kənd seçiciləri ilə görüşlər keçirilib.

Görüşlərdə YAP Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədov, təşviqat qrupunun üzvləri İsaq Qurbanov, Tamleyxa Cəbiyev, Gülnar Piriyeva, Naridə Məhərrəmova, Pirməmməd Süleymanov, Tərlan Kazımova, Coşqun Babayev çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycan dövlətinə böyük zəfər yaşadan və 30 illik Qarabağ həsrətinə son qoyan Müzəffər Ali Baş Komandan İlham Əliyev sübut edib ki, ölkədə dövlət-xalq həmrəyliyi var.

Görüşlərdə təşviqat qrupunun üzvləri dövlət başçısının rəhbərliyi ilə 2003-2023-cü illərdə ölkəmizin qazandığı möhtəşəm tarixi naliyyətlər haqqında ətraflı məlumat verərək seçiciləri partiyanın namizədi, cənab İlham Əliyevə səs verməyə dəvət edib.

Seçicilər çıxış edərək cənab İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bildiriblər.