YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neftçala gənclərinin seçimi

Neftçalada ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib

Fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Neftçala rayonunda ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Görüşdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, YAP Gənclər Birliyinin üzvü Nərmin Qocaman, təşviqat qrupunun üzvü Gülqədəm Mirzəzadə, şəhid atası Baloğlan Ağamalıyev və şəhid anası Filarə İsmayılova çıxış ediblər.

Çıxış edənlər ilk növbədə səsvermə yaşına çatmış gəncləri təbrik edib, qarşıdan gələn seçkilərin onlar üçün xüsusilə əlamətdar olduğunu qeyd ediblər. Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin ötən 20 il ərzində gördüyü işlərdən bəhs olunub. Müasir Azərbaycanın uğurları birbaşa cənab İlham Əliyevin adı ilə bağlıdır. Bu gün gənclərin hərtərəfli inkişafı üçün bütün imkanlar yaradılıb. Məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi dövründə yetişən gənc nəsil torpaqlarımızı işğaldan azad etmək kimi müqəddəs missiyanı uğurla yerinə yetirib.

Natiqlər qarşıdan gələn seçkilərin bütün Azərbaycan ərazisində keçiriləcək ilk seçki olduğunu diqqətə çatdırıblar. Onlar ilk dəfə səs verəcək gəncləri öz hüquqlarından istifadə etməyə çağırıblar.

Gənclər də öz növbəsində azad, müstəqil və bütöv Azərbaycan vətəndaşı olmaqdan qürur duyduqlarını və bu hissləri onlara yaşadan Prezident İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.