YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan müstəqillik tarixinin ən güclü dövrünü yaşayır

Zərdab rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Zərdab rayonunun Alıcanlı və Çallı kəndlərində, Zərdab şəhər Heydər Əliyev parkında seçicilərlə görüş keçirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, təşviqat qrupunun üzvləri Neman Yediyarov, Emil Kamilov, Müşviq Heybətov və Mübariz Umarov çıxış ediblər.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini diqqətə çatdırıblar. Prezident İlham Əliyev Azərbaycanı etibarlı tərəfdaş, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir dövlət kimi tanıtdı, ölkəmizin beynəlxalq əlaqələrini gücləndirdi. Cənab İlham Əliyev prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq tarixi Qələbə qazandıq. Bu Qələbənin nəticəsidir ki, qarşıdan gələn seçki ölkəmizin bütün ərazilərində keçiriləcək. 

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə görüş yekunlaşıb.