YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxlıların seçimi bəllidir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Yevlax rayonu Səmədabad kəndində, Yevlax şəhəri Qarxunlu Əşrəfbəy və Nizami küçələrində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, təşviqat qrupunun üzvləri Zenfira Məmmədova, Vahid Quliyev, Minnət Mürsəlov və Vüqar Nəbiyev çıxış ediblər. Çıxış edənlər seçiciləri Azərbaycan xalqının xoşbəxt və firavan gələcəyini təmin edən cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər seçki günü birmənalı şəkildə qalib Lider İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.