YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabunçu rayonunda şəhid ailələrinin üzvləri ilə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Sabunçu rayonunda şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçıları ilə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, “91-lər”dən Heydər Hüseynov, təşviqat qrupunun üzvləri Zülfüqar Cəfərov və Hikmət Ağayev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, şəhid ailələri, qazilər, müharibə iştirakçıları hər zaman dövlətimizin başçısı cənab İlham Əliyevin xüsusi diqqətindədir. Prezidentimizin Vətən müharibəsinin başladığı günün Anım Günü kimi qeyd olunması ilə bağlı sərəncamı şəhid ruhlarına, onların doğmalarına göstərilən ali ehtiramın təzahürüdür. 

Çıxış edən müharibə iştirakçıları dövlətimizin təhlükəsizliyinin, iqtisadi qüdrətinin möhkəmlənməsinin təminatçısı olan cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində yaşayan seçicilərlə də görüş keçirilib.