YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ordubadlılar ölkəmizin işıqlı sabahları naminə qalib Lideri dəstəkləyir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində  yanvarın 18-də Ordubad rayonunun Kotam və Gənzə kəndlərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov, Milli Məclisin deputatı Cəbi Quliyev, təbligat qlupunun üzvləri Zahid Sadıqlı, Bilqeyis Əkbərova, Feyzulla Əkbərov, Mahir Şıxəliyev çıxış ediblər.

Çıxışçılar qarşıdakı növbəti prezident seçkisinə-Zəfər seçkisinə böyük sevinc və qürurla getdiklərini vurğulayaraq 2003-2023-cü illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi nailiyyətlərə və qələbələrə imza atıldığını, Azərbaycanda müstəqillik bərpa edildikdən sonra ilk dəfə seçkilərin bütün ölkə ərazisində keçiriləcəyini bildiriblər.

Qeyd olunub ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri yeni hədəflərə doğru atılacaq mühüm siyasi addımdır.

Görüşün sonunda seçicilər ölkəmizi işıqlı sabahlara aparan YAP-ın namizədi cənab İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.