YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli iradəmizin zəfər çaldığı gün

“Qan yaddaşımıza əbədi və qara hərflərlə həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri eyni zamanda Azərbaycan xalqının qürurunu və qəhrəmanlığını ehtiva edir. Milli iradəmizin zəfər çaldığı, müstəqilliyə gedən yolumuzun başlanğıcı hesab olunan 20 Yanvar hadisələri, Azərbaycan xalqının birliyini, iradəsini və milli qürurunu nəinki sarsıda bildi tam əksinə olaraq milli məfkurəmizin inkişafına təkan verdi, azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya Azərbaycan xalqının mübarizliyinə, vətənpərvərliyinə, qəhramanlığına şahidlik etdi.” Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, 20 Yanvar hadisələrinə qarşı ilk etiraz səsini Azərbaycan xalqının Ümumilli Lideri, Ulu Öndərmiz Heydər Əliyev ucaltdı: “SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı törətdilmiş bu dəhşətli faciəyə siyasi və hüquqi qiymətin verilməsi üçün xalqımızın xilaskarı Heydər Əliyev təhlükələrə, qadağalara və təzyiqlərə baxmayaraq yanvar ayının 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi. Mətbuat konfransında Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bəyanat verdi. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti, qorxmazlığı, cəsarəti və siyasi iradəsi nəticəsində 20 Yanvar qanlı faciəsinə ilk hüquqi qiymət verildi. Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra, 1994-cü ildə Milli Məclisin xüsusi sessiyasında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu.  Eyni zamanda Ulu öndər Heydər Əliyevin Fərmanı ilə "20 Yanvar Şəhidi" fəxri adı təsis edildi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.”

“Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla və layiqincə davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar şəhidlərinin ailələri xüsusi diqqətdə saxlanılmış, onların sosial təminatının gücləndirilməsi istiqamətində bir sıra mühüm sərəncam və fərmanlarlar imzalanmışdır. Dövlət Başçımızın uğurlu sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşmışdır. Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir. Azərbaycan Prezidentinin təşəbbüsü əsasında Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri aparılmışdır. Bundan başqa, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksi inşa olunmuşdur.”-deyə Sədaqət Vəliyeva qeyd edib.

Milli Məclisin deputatının sözlərinə görə, xalqımız hər zaman 20 Yanvar hadisələri zamanı öz canından keçən qəhrəman oğul və qızlarımızın əziz xatirəsini yad edir, uca tutur: “Hər il yanvarın 20-də on minlərlə vətəndaşımız Şəhidlər xiyabanına axın edərək 20 Yanvar Şəhidlərinin ruhuna dualar oxuyur. Bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır. Çünki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan ordusu 44 gün ərzində işğal altında olan torpaqlarımızı işğaldan azad etdi,  ərazi bütövlüyümüzü təmin edərək vətənimiz uğurunda  canlarından keçən bütün şəhidlərimizin qisasını aldı.”