YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni gələcəyimizin inşasına səs verək!”

Zəngilan rayonundan olan seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Sumqayıt şəhərində yaşayan Zəngilan rayonundan olan seçicilərlə növbəti görüş baş tutub.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Qalib xalqın, qalib Lideri” adlı videoçarx nümayiş olunub.

Görüşdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, təşviqat qrupunun üzvləri Surxay Cabbarov, Natavan Həsənova çıxış ediblər.

Çıxışlarda bildirilib ki, “Sözümüz imzamızdır” deyərək daim verdiyi vədlərə sadiq qalan Prezident İlham Əliyev hər zaman xalqa arxalanıb, xalqdan güc alıb. Onun irəli sürdüyü hər bir təşəbbüs xalq tərəfindən dəstəklənir.

Qeyd olunub ki, bundan sonra da cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan  yeni-yeni  nailiyyətlərə və tarixi qələbələrə imza atacaq.

Zəngilanlı seçicilər fevralın 7-də “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən cənab İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.  

Qeyd edək ki, həmin gün YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə şəhid İsmayıl Mehdiyevin ailəsini də ziyarət edib, torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələrinin hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu söyləyib.

Şəhidin anası Natəvan Mircəfərova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə humanist Lider, hər bir azərbaycanlının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycan xalqı prezident seçkilərində qətiyyətli Lider İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni gələcəyinin inşasına səs verəcək.