YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq qarşısında verilmiş vədlər yerinə yetirildi

Yasamal rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Yasamal rayonu “Mirəli Seyidov küçəsi. 31-38” ünvanlarında yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev söyləyib ki, 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndinin mərkəzi meydanında Azərbaycan bayrağını yüksəltməklə ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunduğunu  bütün dünyaya nümayiş etdirib. Bu, xalq qarşısında verilmiş ən böyük vədin yerinə yetirilməsi idi.

Seçicilər 7 fevral tarixində seçki məntəqələrinə gedərək verdiyi vədlərə əməl edən tarixi şəxsiyyət, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəklərini deyiblər.