YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazax rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qazax rayonunun Yuxarı Salahlı, Orta Salahlı, Qazaxbəyli və Aşağı Salahlı kəndlərində seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, təşviqat qrupunun üzvləri Fərhad Qocamanov, Kazım Kazımov, Cavanşir Rüstəmov, Barat Alıyev, şəhid atası Müqabil Məmmədov və Elxan Abdullayev çıxış ediblər.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Zəfər seçkilərinə “Qalib xalqın qalib Lideri” şüarı ilə gedir. Partiyamızın namizədi İlham Əliyevin bu seçkidə parlaq qələbə qazanacağı heç kəsdə şübhə doğurmur. Çünki cənab İlham Əliyev 20 illik Prezidentliyi dövründə dövlət və xalq üçün misilsiz işlər görüb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilib.

Seçicilər 7 fevral seçkilərində fəal istirak edəcəklərini və YAP-ın namizədi İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Görüşlər Yeni Azərbaycan Partiyası Himninin sədaları altında yüksək əhval-ruhiyyədə başa çatıb.