YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunun Mərdəkan qəsəbəsində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Xəzər rayonunun Mərdəkan qəsəbəsi Baba Əliyev küçəsi 2 ünvanında yaşayan   seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və Mərdəkan qəsəbə seçiciləri çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində əldə etdiyi uğurlardan, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən Müharibəsində əldə olunmuş böyük Qələbənin, ölkəmizin ərazi  bütövlüyünün və suverenliyinin tam təmin olunmasının əhəmiyyətindən, yeni mərhələdə aparılan məqsədyönlü siyasətdən, işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işlərindən, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə bağlı geniş məlumat verilib.

Görüş zamanı Namiq Əhmədov seçiciləri 7 fevral prezident seçkilərində  fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

Çıxış edən seçicilər xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini bildiriblər.