YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daha aydın sabahlara doğru

Qubadlı rayon seçiciləri ilə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Sumqayıt şəhərində yaşayan Qubadlı rayon seçiciləri ilə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, təşviqat qrupunun üzvləri Şahbaz Muradov, Alimə Bayramova,  İlkanə Məmmədli, şəhid ailələrinin üzvləri Ceyran Qənbərova və Ofeliya Yusifova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında qazanılan qələbə, müharibədən sonra aparılan məqsədyönlü siyasət, işğaldan azad edilmiş torpaqlarda görülən quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı qürurverici hadisə kimi Azərbaycanın tarixi salnaməsinə qızıl hərflərlə əbədi yazılıb.

Görüşdə iştirak edən seçicilər Azərbaycanı uğurlu gələcəyə aparan cənab İlham Əliyevə səs verəcəklərini ifadə ediblər.