YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni dövrün yeni hədəflərinə səs verək!

Daşkəsənlilər qalib xalqın qalib Lideri cənab İlham Əliyevi dəstəkləyəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Daşkəsən rayonunun Mollahəsənli, Əhmədli, Şahvələdli, Qıyıxlı və Dəstəfur kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, Milli Məclisin deputatı Kamran Bayramov, təşviqat qrupunun üzvləri Cavanşir Qocayev, Elşən Alıyev və başqaları çıxış ediblər.

Qeyd olunub ki, dövlətimiz cənab İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bütün əldə edilmiş uğurların Azərbaycanın daxili gücünün hesabına əldə olunduğu diqqətə çatdırılıb. Natiqlər vurğulayıblar ki, bundan sonrakı mərhələlərdə ölkəmiz daha da qüdrətlənəcək, dünyada nüfuzunu daha da artıracaq. Heç bir qüvvə Azərbaycanı tutduğu uğurlu yoldan bundan sonra da döndərə bilməyəcək.

Seçicilər isə çıxışlarında fəaliyyəti ilə xalqın ona etimadını layiqincə doğruldan cənab İlham Əliyevə səs verəcəklərini deyiblər.