YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboylular İlhamlı gələcəyə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Goranboy rayonunun Qaradağlı və Xoylu kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, təşviqat qrupunun üzvləri Solmaz Baxşəliyeva, Nürəddin Həsənov, Rəşad Məmmədov, İlhamə Qasımova, Ülkər Hümbətova, Sərvan Bayramov və Göyüş Nağıyev çıxış ediblər.

Çıxışlarda bildirilib ki, cənab İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçildikdən sonra çevik islahatlar yolunu tutaraq ölkəmizin inkişafına hesablanmış mükəmməl proqramlar həyata keçirib. Həmin uğurlu proqramlar, strateji layihələr, beynəlxalq qurumlarla və xarici dövlətlərlə fəal əməkdaşlıq, güclü ordu quruculuğu torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnib.

Natiqlər görüşdə iştirak edən hər kəsi Prezidentimizin siyasətini dəstəkləməyə, fevralın 7-də Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməyə çağırıblar.