YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdə rayonunda təşviqat kampaniyası uğurla davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Bərdə rayonunda yanvarın 18-də Güloğlular, Qaradağlı, Divanlı, Qaraqoyunlu, Mehdili və Xanağalı kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşlərdə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərin hər biri Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirlərdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, Milli Məclisin deputatı Fatma Yıldırım, AMEA-nın şöbə müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova, şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, Birinci Qarabağ müharibəsi iştirakçısı Gəray Əsədov, Aqşin Hacızadə, Samir Əhmədov  çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edilib. Bütün çıxışlarda müstəqil Azərbaycanın tarixində Qarabağla bütövləşmiş respublikamızın bütün ərazisində bu seçkilərin bir ilk olaraq keçiriləcəyinə diqqət çəkilib. Ona görə də qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və Xalqımızı qalib xalq, dövlətimizi qalib dövlət edən qalib Lider Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevə səs  verəcəklərini bildiriblər. 

Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Görüşlərdən sonra  təbliğat qrupunun üzvləri Ərəblər kəndində “Vətənə xidmətə görə” ordenli şəhid Şamxal Həmidovun və 104 yaşlı seçici Sürəyya Kərəm qızının Quluyeva ailələrində olub, Xanağalı kəndindən “Vətənə xidmətə görə” ordenli şəhid Elməddin Lətifovun  ailəsi ziyarət olunub.

DİGƏR Xəbərlər Arxiv