YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın sürətli inkişafına səs verək!

Nərimanov rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Nərimanov rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov, təşviqat qrupunun üzvü Arif Hümbətov çıxış ediblər.

Çıxışlarda cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində Azərbaycanın sürətli inkişafa nail olduğu, vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində, təhsil və səhiyyə sahələrində mühüm uğurların əldə edildiyi qeyd olunub.

Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasət ölkəmizin regiondakı, dünyadakı geosiyasi və geoiqtisadi mövqeyini get-gedə gücləndirir. Azərbaycan bu gün beynəlxalq arenada söz sahibi olan bir dövlətə çevrilib.

Çıxış edənlər dövlətimizin inkişaf yolunda inamla irəlilədiyini qeyd edərək yeni dövrdə bu inkişafı daha da sürətləndirmək üçün seçiciləri cənab İlham Əliyevi dəstəkləyərək, onun ətrafında sıx birləşməyə çağırıblar.

DİGƏR Xəbərlər Arxiv