YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Babək rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də  2024-cü il tarixdə Babək rayon Qahab, Nəcəfalıdizə, Naxışnərgiz, Nəhəcir və Göynük kəndlərində  seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Görüşlərdə Naxçıvan MR Ali Məclisinin deputatı, YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov, Naxçıvan MR Ali Məclisinin deputatı Həbibə Allahverdiyeva, Əməkdar müəllimi Sədaqət Əkbərov və başqaları çıxış ediblər. Bildirilib ki, Prezident İlham Əliyev 20 illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib, ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, güclü ordumuz yaradılıb, ən əsası isə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib.

Qeyd edilib ki,  fevralın 7-də keçiriləcək prezident seçkilərində aktiv iştirak edilməlidir. Natiqlər seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi, Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verməyə çağırıblar.