YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xətai rayonunun Babək prospektində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Xətai rayonu, Babək prospekti 60, 64, 72, 74 ünvanlarında yaşayan seçicilərlə fərdi görüş keçirilib.

Görüşlərdə Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini diqqətə çatdırılıb. Bildirilib ki, son illərdə əldə olunan çox yüksək səviyyəli nailiyyətlər, parlaq uğurlar bir daha təsdiqləyir ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyev siyasətinin alternativi yoxdur. Məhz bu siyasətidə layiqincə davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.  20 il öncə Prezident seçilərkən verdiyi vədlərin hər birini həyata keçirən Prezident İlham Əliyevin atdığı addımlar, müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanın qabaqcıl ölkələr sırasında yer almasını şərtləndirib. Çıxışlarda bu güclü siyasətin, inkişaf strategiyasının nəticəsində uğurların zirvəsinin ölkəmizin suverenliyinin tam şəkildə bərpası olduğu bildirilib. Qeyd olunub ki, bu seçkilər ölkəmizin bütün ərazilərində keçiriləcəyi ilə əlamətdardır və haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir.

Görüş zamanı çıxış edən seçicilər fevarlın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.