YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcək nəsillər üçün qürur mənbəyi

Tovuzda şəhid ailələri cənab İlham Əliyevi dəstəkləyəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Tovuz rayonunun Hacıalılı, Əlibəyli və Alakol kəndlərində görüşlər keçirilib. 

Görüşlərdə prezident seçkilərinin keçirilməsini şərtləndirən mühüm amillərdən olan ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, ordumuzun gücünün, qüdrətinin, xalqımızın Vətən, torpaq sevgisindən qaynaqlanan birliyinin, həmrəyliyinin nəticəsidir. 30 il dogma torpaqlarına qovuşacağı günü səbirsizliklə gözləyən soydaşlarımıza bu sevinci yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, ordumuza daim minnətdarlıq ifadə olunur.  

Tovuz şəhərində yaşayan şəhid Elmar Şirinovun ailəsi də ziyarət olunub. Görüşdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, təşviqat qrupunun üzvü Arifə Abbasova iştirak ediblər.

Əvvəlcə şəhidə aid əşyaların qorunub saxlanıldığı xatirə otağı ziyarət olunub, doğmalarına başsağlığı verilib.

Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən, xalqın birliyi ilə ordumuzun gücü nəticəsində “Dəmir yumruq” əməliyyatının zəfərlə sona çatmasından, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam bərpa olmasından və Prezidentin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edilib.

Şəhid anası Amana Nəsirova şanlı tarixin gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacağını, xalqımıza Zəfər sevincini yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.